CNN: Yəmən husilərinə qarşı quru əməliyyatı hazırlanır

Yəməndəki Husilərə qarşı Səudiyyə Ərəbistanı ABŞ-dən dəstək ala biləcək quru hərbi əməliyyatı hazırlaşır.

Bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hücuma cənub və şərqdən, eləcə də Yəmənin sahillərindən hazırlanır, lakin onun vaxtı hələ müəyyən edilməyib.

Husilərlə döyüşən qruplara dəstək verən ABŞ ordusu xüsusi təyinatlılar istisna olmaqla, ordusunu əməliyyata cəlb etməyəcək, bombardmanlarla dəstəkləyəcək.

Eyni zamanda, telekanala müsahibə verən analitiklər husiləri sülhə məcbur etməyin “çox, çox çətin” olacağını irəli sürürlər.