Hizbullah Mossadın komandanlıq mərkəzini vurdu

Livanın Hizbullah hərəkatı sionist İsrailin Livandakı peycer hücumlarına cavab olaraq Təl-Əviv yaxınlığındakı Mossad komandanlıq mərkəzinə raket hücumu həyata keçirildiyini açıqlayıb.

Bu, münaqişə başlayandan bəri Livandan işğalçı İsrailə atılan ilk raket idi.

Sionist İsrail ordusunun radiosu bəyan edib ki, Təl-Əviv bölgəsi Hizbullahla münaqişə başlayandan bəri ilk dəfə Livandan raket hücumlarına məruz qalıb.

Təl-Əviv yaxınlığındakı raket hücumuna görə məsuliyyəti öz üzərinə götürən Hizbullah, hücumda sionist İsrail kəşfiyyat xidməti Mossad-ın komanda mərkəzinin hədəf alındığını bəyan edib.

Hizbullahın Telegram hesabında edilən açıqlamada bildirilib:

"Müqavimət qüvvələrinin döyüşçüləri Livanda bir qrup komandirin öldürülməsinə, peycerlərin və simsiz rabitə cihazlarının partlamasına cavabdeh olan Mossad-ın komanda mərkəzini məhv etmək üçün Qader-1 (Fate-1) ballistik raketindən istifadə ediblər.