Türkiyə Super Liqası: "Qalatasaray" "Konyaspor"u səfərdə məğlub edib

Türkiyə Super Liqasının 2-ci turunda son çempion "Qalatasaray" "Konyaspor"un qonağı olub.

Operativtv.com Apasport.az-a istinadən xəbər verir ki, "sarı-qırmızılar" Kerem Aktürkoğlu və Barış Alper Yılmazın qolları ilə çətin səfərdə 2:1 hesablı qələbə qazanıb.

Hesabda öndə olarkən, 76-cı dəqiqədə Mauro İkardi 3-cü qolu rəqib qapısından keçirib.

Lakin argentinalı hücumçunun qolu VAR yoxlanışından sonra ləğv edilib. İstanbul klubu qərardan dərhal sonra sosial media hesabında etirazını yayımlayıb.

Etirazda bildirilib: "İkardinin qolu anlamadığımız səbəblərdən VAR-da ləğv edilib".

Qeyd edək ki, "Qalatasaray" 2-ci matçını da qalib başa vuraraq 6 xalla turnir cədvəlinə başçılıq edir.