Türkiyədə İŞİD əməliyyatı - 200-dən çox insan saxlanıldı

Türkiyə hüquq-mühafizə orqanları İŞİD terror qruplaşmasına qarşı GÜRZ-23 əməliyyatı keçirib. 

Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb. 

Yerlikaya terror təşkilatı İŞİD-ə qarşı 45 vilayətdə həyata keçirilən əməliyyatlarda 216 şübhəlinin ələ keçirildiyini açıqlayıb. Saxlanılan şəxslərin əvvəllər təşkilat daxilində məsul fəaliyyətlər həyata keçirdikləri müəyyən edilib. Onlar barəsində istintaq başladılıb.

 

 

Unikal.az