Ölkədə siyasi məhbusların beynəlxalq tribunalardan şiddətlə qınanıldığı bir dönəmdə hakimiyyətin 21 gün öncə həbsdən azad olan keçmiş siyasi məhbusu yenidən şərləyərək inzibati həbs etməsi məlum tənəzzülün sürətli davamına növbəti nümunədir. Əhsən Nuruzadə 2017-ci ildə Nardaran hadisələri zamanı hakimiyyətin şərləmə maşınında 7 il narkotik ittihamı ilə həbsə alınmışdı.
Rejimin siyasi zəifliyi azadlığının ay tamamlamasını belə gözləmədən nöbəti saxta narkotik ittihamı ilə bir inanclının həbsi onun əqidəsi önündə bir daha aciz duruma düşməsini nümayiş etdirir.
Sanksiyalar astanasında olan siyasi vəziyyəti maraqla tənəzzülə çəkən mövcud idarəçilik quruluşu bütün hüquqi dəyərləri ayaqlar altına alaraq xalqın sabahını qaranlıq boşluğa sürükləməkdə davam edir.
Nəticədə bu günün zədələnmiş hüquq insitutu dərin böhranla hər kəsin gələcəyini şübhə altına almaqdadır.
Bütün bu qanunsuzluq, hüquqa zidd adddımları kəskin pisləyir, günahsız şərlənmiş bütün siyasi məhbuslara, başda Əhsən Nuruzadə olmaqla hakimiyyətdən azadlığını tələb edirik.
Müsəlman Birliyi Hərəkatı.
MBH Əhsən Nuruzadənin inzibati həbsini pisləyən bəyanat yaydı