Bu ilin avqustundan Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır

İyulun 12-dən həm özəl, həm də dövlət provayderləri bu barədə məlumatları öz saytlarında dərc ediblər. Provayderlər bunu internetin sürətinin artırılması ilə əsaslandırıblar.
"“Uninet” MMC ("CityNet" ticarət nişanı) müştərilərinin nəzərinə: Fiber optik internetdən yararlanan abunəçilərin internet sürəti 100 Mb/s-ə qədər artırılacaq. Fiziki şəxslər üçün internet paketinin qiyməti 25 AZN, “İnternet + TV” paketinin qiyməti 31 AZN, “İnternet + TV + Telefon” xidmətinin qiyməti isə 33 AZN təşkil edəcək. Hüquqi şəxslər üçün 100 Mb/s internet paketinin qiyməti 30AZN, 150 Mb/s internet paketinin dəyəri 36 AZN, 250 Mb/s internet paketi üçün qiymət 44 AZN olacaq. Tariflər 02.08.2024-cü il tarixindən etibarlıdır" - bu məlumatı "CityNet" provayderinin rəsmi saytında yayımlanıb.
Ancaq demək olar ki, bütün provayderlər eyni məzmunda bildiriş dərc ediblər. Məsələ ilə bağlı rəsmi qurumlar və hökumət nümayəndələrindən heç bir reaksiya olmayıb.
Bundan əvvəl ölkənin enerji sektorunda da qiymətlər artırılıb.
 
 
Azadlıq Qəzeti