İraq müqaviməti İsrail limanındakı mühüm və həssas hədəfi vurub

İraq İslami Müqaviməti yazılı açıqlamada işğal altındakı ərazidə yerləşən Eylat limanındakı mühüm və həssas hədəfi pilotsuz uçuş aparatı ilə vurduğunu bildirib.

İraq müqavimətinin verdiyi bəyanatda bu ifadələr yer alıb:

Sionist rejimin işğalı ilə mübarizədə Qəzzə xalqına yardım və sionistlərin fələstinli mülki əhaliyə qarşı törətdiyi qətliamlara cavab olaraq Eylatda sionist rejimin həyati və mühüm hədəfini pilotsuz təyyarə ilə hədəfə aldıq.

Sionist rejim mediası işğal altındakı Fələstinin cənubundakı Eylat limanının hava məkanına naməlum pilotsuz uçuş aparatlarının soxulması təhlükəsi ilə bağlı həyəcan siqnalının işə salındığını bildirib.

 

 

Az.rasthaber.com