Yəmən: Uzun mənzilli “Fələstin” raketi ilə Eylat limanını hədəf aldıq

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Seri sionist rejimə qarşı yeni hərbi əməliyyatın təfərrüatlarını açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Yəhya Səri bazar ertəsi axşam sionist rejim və onun havadarlarına qarşı yeni hərbi əməliyyatın həyata keçirildiyini açıqlayıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü deyib: “İşğal olunmuş Fələstinin cənubundakı Umm ər-Rəşraş (Eylat Limanı) bölgəsində İsrail rejiminin hərbi hədəfinə hücum etdik.

Yəmən silahlı qüvvələrinin raket birliyi silahlı qüvvələrin bu gün ilk dəfə təqdim etdiyi "Fələstin" ballistik raketi ilə işğal altındakı Fələstinin cənubunda yerləşən Ümmü'l-Rəşraş bölgəsində İsrail düşməninin hərbi hədəfini müvəffəqiyyətlə hədəfə alıb.

Bu hücum ilk dəfə ballistik raketlə həyata keçirilib və raket hədəfi dəqiq vurub.

“Yəmən silahlı qüvvələri Qəzza zolağında Fələstin xalqına qarşı mühasirə və hücumlar bitənə qədər Fələstin xalqına yardım etmək üçün hərbi əməliyyatlarını davam etdirəcək”.