ABŞ və Böyük Britaniya Yəmənin paytaxtına hücum edib

Yəmən Ənsarullah Hərəkatı ABŞ və Böyük Britaniyanın Yəmənin paytaxtı Sənaya qarşı 6 hava hücumu təşkil etdiyini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, 6 hava zərbəsi: 3-ü paytaxtın Sebin rayonuna, 2-si Senhan rayonunun Cerban bölgəsinə, 1-i isə Səna Beynəlxalq Hava Limanı yaxınlığında həyata keçirilib.

Xəbərdə hücum və onun nəticələri ilə bağlı ətraflı məlumat verilməsə də, ABŞ və Böyük Britaniyadan hələlik heç bir açıqlama verilməyib.