Bir qrup mühacir həyatı yaşayan Azərbaycan vətəndaşları Almaniyanın Berlin şəhərində yerləşən Azərbaycan səfirliyinin önündə aksiya keçirib. Mayın 28-i gerçəkləşən aksiya haqda məlumat yayan "T.T.Tv" aksiyanın Azərbaycanda sayı 300-ü keçən siyasi məhbuslara dəstək olaraq gerçəkləşdirildiyini bildirib.
Aksiyada çıxış edən mühacirlər Azərbaycan hakimiyyətini tənqid edərək fikir və söz azadlığı, inanca yönəli həbsləri məhkum ediblər. Eyni halda onlar beynəlxalq təşkilatlara yönəli çıxışlar edərək Azərbaycanda yaşanan vəziyyətə daha diqqətli və həssas olmalarını onlardan istəyiblər.
İcazəli aksiya hər hansı bir insident yaşanmadan bitib.
Xatırladaq ki, bir neçə hüquq müdafiə təşkilatlarının gəldiyi qənaətə görə ölkədə orta hesabla 300–dən artıq siyasi məhbus var və onlar qanunsuz olaraq həbs həyatı yaşayırlar. Beynəlxalq təşkilatların da qınaq nöqtəsində olan siyasi məhbusların azadlığı çağırışına isə Azərbaycan hakimiyyəti birmənalı olaraq mənfi cavab verərək ölkədə siyasi məhbusun olmadığını iddia edir.
Son mayın 25-də imzalanan əfv sərəncamı da hakimiyyətin israrına nümunə olaraq siyasi məhbus adlarından heç kəsin bu siyahıda yer almaması ilə nəticələndi. Lakin insan haqlarını diqqətdə saxlayan təşkilatlar vicdan məhbuslarının azadlığı tələbini hələ də davam etdirirlər.
Almaniyada siyasi məhbuslara dəstək aksiyası baş tutub