24 noyabr saat 21:00-də müxalifət tərəfdarları ilə birlikdə "Respublika Meydanında" toplaşacaq və oradan Gürcüstan parlamentinə piyada yürüş keçirəcək.
Operativtv Aktual.ge-yə istinadən xəbər verir ki, bu barədə Tbilisidə Qəhramanlar Meydanında davam edən aksiyada çıxış edən "Vahid Milli Hərəkat" partiyasının liderlərindən biri Giorgi Vaşadze elan edib.
O, deyib ki, aksiyaya bölgələrdən də vətəndaşlar qoşulacaq. Giorgi Vaşadze bildirib ki, onun səsləndirdiyi elan bütün Qərbpərəst müxalifət partiyalarının ortaq bəyanatıdır.
“Bildiyiniz kimi, bu gün (23 noyabr) saat 22:00-a qədər buradayıq və buradan ayrılmırıq. Amma indi, addım-addım 24 və 25 noyabr tarixləri ilə bağlı Qərbpərəst müxalifətin ümumi bəyanatını təqdim etmək istəyirəm.24 noyabrda saat 21:00-da hamımız 'Respublika Meydanında' toplaşırıq. Paralel olaraq, bölgələrdən planlaşdırılmış yürüşlər bizə qoşulacaq. Saat 21:00-də toplantıdan sonra Gürcüstan parlamentinə doğru piyada yürüş edəcəyik və orada sabaha qədər qalmağı planlaşdırırıq. Qərbi Gürcüstandan gələn avtomobillər 'Respublika meydanına', Şərqi Gürcüstandan olan avtomobillər isə 'Azadlıq meydanına' toplaşacaq. Təxminən iki saat ərzində Tbilisi boyunca avtomobillərlə yürüş təşkil ediləcək ki, bu vasitə ilə şəhəri bir daha oyandıraraq hər kəsi "Rustaveliyə" gəlməyə çağıracağıq.Bir daha, özlərini 'Gürcü Arzusu' adlandıran hökumətə bildirmək istəyirik ki, əgər onlar [25 noyabr parlamentdə] toplantı keçirməyə qərar versələr, bu, yalnız özlərini bəyan edən şəxslərin yığıncağı olacaq və bundan artıq heç nə. Bu, nə Gürcüstanla, nə konstitusiya ilə, nə də parlamentlə bağlı olacaq" , - deyə Giorgi Vaşadze qeyd edib.
Bundan əlavə, o, vətəndaşları bazar ertəsi günü parlament qarşısında planlaşdırılan aksiyaya qoşulmağa çağırıb.
“Ən vacib olanı budur ki, bütün vətənpərvər gürcülərdən xahiş edirəm: bazar ertəsi günü işdən icazə alın, həmin günü özünüz üçün tətil elan edin, bir günlük məzuniyyət götürün və bu günü Gürcüstanımıza, vətənimizə həsr edin. Sonda bir daha təkrar edirəm: Biz həmişə Avropa nə edəcək, Amerika nə edəcək deyirik, amma artıq sual verməyin vaxtıdır - biz nə üçün hazırıq, vətənimiz üçün nə edəcəyik?! Güc birlikdədir və mütləq qalib gələcəyik" , - deyə o, qeyd edib.
Gürcüstanda növbəti mitinq keçiriləcək