Pakistanda məzhəblərarası toqquşmalarda ölənlərin sayı 60 nəfəri ötüb

Pakistanın Kurram bölgəsində vəhhabi sələfilər və şiələr arasında yaranan gərginlik nəticəsində 18 yerli sakinin həyatına son qoyulub. Yaralananlar 30-nəfərdən çoxdur. Məsələ burasındadır ki, hal-hazırda gərginliyin artması qurbanların da sayının yüksələcəyini söyləyir.

Belə ki, ərazidə yaşayan şiələr artıq dəfələrlədir ki, vəhhabilər tərəfindən analoji hadisələri yaşadıqları üçün buna adekvat cavab vermək əzmindədirlər. Məlumata görə bölgədə vəhhabi-sələfilərə aid bir neçə mərkəz yandırılıb və üsyankarlar öldürülüb.

Ölkə rəsmiləri xalqa səbrli olmağı, məsələnin hüquq mühafizə orqanları tərəfindən həll olunacağını söyləsə də, yerli insanlar çağırışlara məhəl qoymur.

Xatırladaq ki, Pakistanın şimal-qərbində yerləşən Xeybər-Paxtunxva əyalətinin Kurram rayonunda noyabrın 21-də vəhhabi-sələfilər tərəfindən konvoya hücumu nəticəsində 42 nəfər həyatını itirib, 20 nəfər isə yaralanmışdı. Hadisə yerli şiə vətəndaşların hiddətinə səbəb olmuşdur.