Hazırkı hakimiyyətdən gözlənti, spesifik olaraq sürətli ümidsizlik sərhədlərini möhkəmləndirməyə davam edir. Sankı planlı sıxıntılar, çətinliklər, sərt cəza mühiti, manapoliya, karrupsiya hər şey və hər şey yalnız xalqın əzab məngənəsinin dərinliklərinə çəkilməsinə hesablanır. Getdikcə xalq da hadisələrə “gözlənilirdi” deməklə sankı taleyinin ümidsiz səhifəsinə təskinlik suyu çiləyir bu kəlmələrlə.
Hər bir halı ilə vəziyyət nəinki sabitləşmir, əksinə çətinləşməkdə davam edir. Sosial medianın ehtiyaclı hesab nömrələri, müalicə üçün efirindən vertual mediaya qədər daşınan ümidsiz fəryad qoparıb yardım istəyənlər bu işin başqa bir dərdli səhifəsidir.
Son illərin acı siyasəti bu sıraya dünya siyasi səhnəsində Azərbaycanın imici ilə bağlı yaradılan acı mənzərə isə bu uğursuzluğa qoyulan ən böyük nöqtə olub. Gah beynəlxalq jurnalist araşdırmaları milyonlarla dollarlıq mülkləri üzə çıxarır, gah avropa ölkələri pul yuma maşınları, avşor hesabları işıqlandırır, gah da cinayətlərinin ört-basdırı üçün beynəlxalq tribuna sahiblərinə verilən külli miqdarda rüşvət məhkəmə mövzusu olaraq gündəmi zəbt edir.
Bütün bu hallar hakim elitanın çətiri altına yığılanlara məxsus medialarda rədd olunsa da, həqiqət həqiqət olaraq qalır. Nə oğrusu azalmır, nə də doğrusu susmur!
Bütün eybəcərliklərin qapadılması isə ölkənin həbsləri, həqiqi media mənsublarının günahsız şərlənməsi, düzə əyri möhürü vurmaqla səslənən ittihamların səsini kəsib “hər şey yaxşıdır” immitasiyası qurmaq sayəsində davamlıdır. Lakin bu görmək istənilməyən həqiqətlərin görülməməsi təsəvvürüdür, həqiqətlər isə elə öz yerlərində vardırlar.
Eyniliklə həbs edilən siyasi məhbuslar kimi. Nə qədər hakimiyyət siyasi məhbus fikirini rədd etsə də, bütün beynəlxalq insitutların çağırış etdiyi kimi onlar var, şər və böhtan qurbanı olaraq həbsdədirlər. Onlar hakimiyyətin bloklaşan idarəçiliyində məhdudlaşan qanunsuzluğuna haqlı irad bildirən şəxslərdir. Elə buna görə də hakim elita hər vəchlə ölkənin siyasi-vicdan məhbusu ifadəsini qorxu və həyəcanla qəbul etmədən rədd edir. Bununla belə bu şəxslərin həbsxanada olmalarına baxmayaraq varlıqları hakimiyyətin siyasi eybəcərlikləri, çatışmamazlıqlarının göstəricisi olaraq qalır.
Bunun üçün müstəsna hüquqa sahib ölkə başçısının əfv sərəncamında siyasiləri görmək istəməməsi də bu həqiqətə növbəti sübutdur. Sankı siyasi məhbusların görməzdən gəlməsi onların ölkədə olmamaq anlamına gələcək.
Lakin bunu yalnız dünya üçün sərhədlərini bağlayıb bununla da özünü qorunmuş hesab edən düşüncə sahibləri belə təsəvvür edə bilərlər. Həqiqət isə tamam başqa söz söyləyir. Dünya praktikası bu reallığı göstərir ki, gec və ya tez həqiqətin səslənəcəyi, təcəlli edəcəyi şübhəsizdir.
Əfvin cəza mexanizmi