ABŞ-ın Suriyadakı hərbi bazası vurulub

ABŞ-ın Suriyanın şimal-şərqində yerləşən hərbi bazasına pilotsuz uçuş aparatı ilə zərbə endirilib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Baza Tel El Baidar şəhərində yerləşir.

Qeyd edək ki, ABŞ-ın Yaxın Şərqdəki bazalarına hücumlar mütəmadi hal alıb. Belə ki, oktyabrın 17-dən noyabrın 14-dək 55 dəfə hücum edilib.