İsrailin Qəzzəyə hücum nəticəsində 29 jurnalist həyatını itirib

Oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra İsrailin mühasirədə olan Qəzza zolağına zərbələr endirməsi nəticəsində hər iki tərəfdən 9 mindən çox ölən olduğu bildirilir. Ölənlərin 29 nəfəri jurnalistdir. Jurnalistləri Müdafiə Komitəsi (CPJ) müharibədə öldürülən, yaralanan, saxlanılan və ya itkin düşən jurnalistlərlə bağlı bütün xəbərləri, o cümlədən hərbi əməliyyatların qonşu Livana yayılması nəticəsində yaralananları araşdırır.
Ən son, oktyabrın 29-da açıqlanan məlumata görə, ölən jurnalistlərin sayı 29 nəfərdir. CPJ bildirir ki, Qəzzadakı jurnalistlər İsrail qoşunlarının qurudan hücumu, İsrailin dağıdıcı hava hücumları, rabitənin kəsilməsi və elektrik enerjisinin geniş kəsilməsi qarşısında münaqişəni işıqlandırmağa çalışdıqları üçün xüsusilə yüksək risklərlə üzləşirlər. Ölən 29 nəfər jurnalistin 24-ü fələstinli, 4-ü israilli və 1-i livanlıdır. Müharibə zamanı 8 jurnalist yaralanıb, 9 jurnalist isə itkin düşüb və ya saxlanılıb.
 
Meydan TV