Hizbullah: Qəzzanı heç vaxt tək qoymayacağıq

Livan Hizbullah Hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasim sionist rejimin bütün ərəb ölkələri və xalqlarının məhv edilməsi istiqamətində çalışdığını vurğulayıb. O, bu açıqlama ilə çıxış edib: "İşğalçı rejimin qətl və qırğınlarına Amerika, Fransa, İngiltərə və Almaniyanın mütləq dəstəyi indi sərhədləri aşdı.

Ərəb hökumətləri Fələstini dəstəkləməkdə tam qəti mövqe tutmalıdır. İnşallah, qələbə əldə olunacaq. İndi bunu sübut etmək vaxtıdır. Üstəlik, ərəb hökumətləri bilməlidirlər ki, İsrail də onları məhv etmək istəyir.

Unutmayın ki, onlar Nildən Fərata qədər İsrail qurmaq istədikləri bu şüarı səsləndirdilər. Birləşin və qətiyyətli mövqe tutun. Xalqınıza öz fikirlərini azad şəkildə ifadə etmək imkanı verin. Dəstəyinizi bəyan edin. Fələstin və Qüds üçün bu, işğalçı sionist rejimin vəhşiliyinə son qoymaq üçün bir fürsətdir”.

Şeyx Nəim çıxışının sonunda vurğulayıb ki, Fələstin xalqı İslam ümmətinin və gələcək nəslin yüksəlişinin bədəlini ödəyib. Buna görə də onların tərəfində olmalıdırlar və qələbə Allahın izni ilə İslam ümmətinə məxsus olacaq.