Bakıda Azərbaycan və Rusiya Xarici İşlər Nazirliklərinin məsləhətləşmələri aparılıb

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müavinləri - Samir Şərifov və Mixail Qaluzin oktyabrın 20-də Bakıda məsləhətləşmələr aparıb.

RF XİN-in məlumatına görə, cari ikitərəfli gündəlikdəki aktual məsələlərə diqqət yetirilməklə, Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və perspektivləri müzakirə olunub.

Siyasi dialoqun daha da dərinləşdirilməsi, 22 fevral 2022-ci il tarixli Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarına uyğun olaraq, ticari-iqtisadi, mədəni-humanitar və regionlararası əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib. 

 

Turan.az