Bakı Apelyasiya məhkəməsində AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Kənal Zeynalov (Kənan Basqal) barədə Suraxanı rayon məhkəməsinin İnzibati həbs qərarından verilmiş şikayətə baxılıb. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə apelyasiya şikayəti təmin edilməyib, qərar qüvvədə saxlanılıb. Məhkəmə iclasında iştirak edən Kənan Zeynalov həbsinin siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirib.
Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət veriləcək.
Əli Kərimlinin mühafizəçisi barədə qərar dəyişmədi