ABŞ-ın İraqdakı bazasına PUA hücumu edilib

İraqda ABŞ əsgərlərinin də yerləşdiyi Ayn əl-Əsəd bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücumun təşkil edildiyi bildirilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İraqın qərbində ABŞ və digər beynəlxalq qüvvələrin yerləşdiyi Ayn əl-Əsəd hava bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücumun təşkil edildiyi bildirilib.

Reuters-ə danışan iki amerikalı rəsmi pilotsuz təyyarənin hücumunun qarşısının alındığını iddia edib.

Baza əvvəllər də dəfələrlə İHA və raket hücumlarına məruz qalıb.

İraqın əksər siyasi qrupları ölkədəki Amerika qoşunlarını işğalçı qüvvə kimi görür.