Qəzza əhalisinin 70 faizi tibbi yardımdan məhrum qalıb

İsrail tərəfindən tam blokadaya alınmış Qəzza sektorunun şimal hissəsinin əhalisinin azı 70 faizi tibbi yardımdan məhrumdur.

 

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyinin rəsmisi Əşrəf əl-Qudra bildirib.

O deyib ki, buna səbəb BMT-nin Fələstinli Qaçqınlara yardım üzrə Yaxın Şərq agentliyi Qəzzadakı mərkəzlərini təxliyyə edib və tibbi xidmətlərin göstərilməsi fəaliyyətini dayandırıb.

O bildirib ki, adıçəkilən BMT qurumu İsrail Qəzza sakinlərindən bölgəni tərk etməyindən sonra öz heyətini təxliyyə edib.