Davam edən İsrail-Fələstin münaqişəsi ilə bağlı dəyərləndirmə aparan Çeçenistan lideri Ramzan Kadırov bildirib ki, Qərb ölkələri fələstinliləri sakit həyatdan məhrum edir.
Rusiya Federasiyasına bağlı Çeçenistan Respublikasının lideri Kadırov özünün Telegram kanalında yazdığı yazıda Qərb dövlətlərinin fələstinliləri sakit həyatdan məhrum etdiyini, sionist İsrailin Fələstin torpaqlarını ələ keçirməsi və xalqın məhv edilməsini qeyd edərək bildirib ki, faciə Qərb tərəfindən haqlı tədbir kimi qiymətləndirilib.
Sputnik-in məlumatına görə, Kadırov “Qərb ziddiyyətli bəyanatlar verməkdən çəkinmir və fələstinliləri dinc həyatdan məhrum edir. Rusiyanın mülki insanları qətlə yetirən və öz torpaqlarını geri almağı hədəfləyən satanistlərə qarşı dəqiq əməliyyatı onlar üçün işğaldır, lakin Fələstin torpaqlarının yəhudilər tərəfindən ələ keçirilməsi və xalqın uzun illər məhv edilməsi onlar üçün haqlı və zəruri tədbirdir. Bu, çox şey deyən və Qərbin əsl simasını bir daha göstərən faktdır”, - deyə o yazıb.
“Fələstindəki münaqişələr Qərbin əsl üzünü göstərdi”