Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) növbəti məhkəməsi keçirilib.
Məhkəmə iclası qapalı olub.
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli həbsini İranla Azərbaycan arasında gərginləşən münasibətlərlə bağlı olduğunu bildirir. Özünü təqsirli bilmir və ittihamları qətiyyən qəbul etmir. Ifadə verməkdən də imtina edir.
Xatırladaq ki, növbəti məhkəmə iclası iyun ayının 22-i, saat 11:00-da keçiriləcək.
Maidə.
Bu gün Şeyx Sərdar Babayevin məhkəməsi davam edib