Avqustun 19-da Quba rayonunda yanğın başlayıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, yanğın rayonun Zərqava inzibati ərazi dairəsindəki meşə-kolluq hissədə başlayıb. Yanğının 10 hektara yaxın ərazini əhatə etdiyi, onun söndürülməsi istiqamətində işlərin davam etdiyi deyilir.
İ.İbrahimova habelə bildirib ki, Zərqova inzibati ərazi dairəsində analoji proses ötən il də olub.
Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, yanğın meşə fondu ərazisində deyil, Quba və Şabran rayonları arasındakı bələdiyyə aid torpaqlarda qeydə alınıb.
İ.İbrahimova deyib ki: "Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının bütün əməkdaşları ərazidədir və yanğının söndürülməsi üçün səfərbər ediliblər".
Qubada meşə-kolluq ərazidə yanğın baş verib
Oxşar xəbərlər