SOCAR-ın İzmirdəki limanında partlayış: 1 ölü, 15 yaralı var

Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda SOCAR-a məxsus Petkim limanında İtaliya bayrağı altında üzən gəmidə partlayış baş verib. Bu barədə "DHA" məlumat yayıb.

Hadisə gəmiyə yanacaq doldurulan zaman baş verib. Partlayışdan sonra yanğın qeydə alınıb.

Gəmidəki 1 ekipaj üzvünün həyatını itirdiyi, digər 15 nəfərin isə xəsarət aldığı bildirilir.

Yanğın quru və dənizdən edilən müdaxilə ilə söndürülüb.