Buta Airways İzmirə uçacaq

Oktyabrın 6-dan milli loukoster "Buta Airways" Türkiyənin daha bir məşhur istiqamətinə - əhalinin sayına görə Türkiyənin üçüncü şəhəri olan İzmirə birbaşa reyslər açacaq.

İzmir loukosterin marşrut şəbəkəsinin 12-ci istiqaməti olacaq.