Qazaxıstanın ən böyük şəhərlərində prezident seçkilərinin baykot edilməsini tələb edən etirazçıların keçirdiyi sanksiyalaşdırılmamış mitinqdə iki gün ərzində, təxminən, 700 nəfər saxlanılıb.
Etirazlar əsasən Nur-Sultan və Almatı şəhərlərində keçirilir.
"Report.az" xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oraz Nurdilda jurnalistlərə bildirib.
"İlk gündə (9 iyun - red.) 500 nəfər saxlanılıb, onlardan 400-nə qarşı inzibati protokol tərtib edilib. İkinci gündə, təqribən, 200 nəfər saxlanılıb. Onlardan 150-sinə qarşı inzibati protokol tərtib edilib", - DİN rəsmisi deyib.
Qazaxıstanda iyunun 9-da keçirilmiş prezident seçkisində Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, ölkənin hazırkı Prezidenti Kasım-Jomart Tokayev 70,76 faiz səs toplayıb. Seçici fəallığı 77,4% olub.
Qazaxıstanda seçkilərin baykot edilməsini tələb edən 700 nəfər saxlanılıb
Oxşar xəbərlər