Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Milli Şuranın aprelin 20-nə planlaşdırdığı mitinqə müsbət cavab verməməsi bu qurumda müzakirə edilib.
Bu barədə məlumat verən Milli Şuranın sədri Cəmil Həsənli qeyd edib ki, kütləvi aksiyaların keçirilməsindən ötrü müraciətlərinə davam edəcəklər: «Şübhəsiz ki, müraciət prosesi davam edəcək. Biz mayın 5-i üçün müraciət edəcəyik. Xüsusilə Avropa İttifaqı ilə gözlənilən sazişin imzalanması ərəfəsində qoy beynəlxalq birlik də görsün ki, hakimiyyətin Azərbaycan vətəndaşlarının hüquqlarına və azadlıqlarına münasibəti məhz belədir».
Təşkilatçıların bildirməsinə görə, yeni qərar verilən aksiyanın şüarları də dəyişməz qalır.
Milli Şuranın müraciətindən sonra qanunvericiliyin tələbinə uyğun olaraq, qarşıdakı günlərdə BŞİH ona cavab verməlidir.
Azadliq.org
Milli Şura yenə mitinq qərarı verib
Oxşar xəbərlər