'Bu, ötən əsrin 30-cu illərini xatırladır''
Demokratik Qüvvələrin Milli Şurasının sədri, professor Cəmil Həsənli bir sıra kitab mağazalarında müəllifi olduğu kitabların satışına qadağa qoyulduğunu deyib.
Bu barədə Meydan TV-yə Cəmil Həsənli özü deyib.
Onun sözlərinə görə, kitablarını əsasən prezidentin İşlər İdarəsinin “Kitab Evi”, Bakı Kitab Mərkəzi, “Rus Kitab Evi” dükanları satmaqdan imtina ediblər.
O, bunu siyasi fəaliyyəti ilə əlaqələndirir:
“Bir neçə il öncə “Rus Kitab Evi”ndən mənə zəng edib kitab evinin bağlanacağını bildirdilər və mənim orada olan, əsasən Moskvada nəşr olunmuş kitablarımı geri götürməyimi istədilər. Mən kitabları geri götürdüm, ancaq mağaza bu günə kimi işləyir. “Kitab Evi” bir il yarım öncə təmir başlaması ilə əlaqədar kitablarımı götürməyimi xahiş etdilər. Ancaq rekonstruksiyadan sonra onlardan bir xəbər yoxdur”.
Professor hakimiyyətin nəzarətində olan nəşriyyatlarda çap olunan kitablarda əsərlərinə istinad etmək müəlliflərə “tövsiyə” edilmir.
“Bu, mənə ötən əsrin 30-cu illərində “xalq düşmənləri”nin əsərlərinə münasibəti xatırladıb. “Bəlkə də konkret göstəriş yoxdur, kitab dükanlarının sahibləri belə edir, qorxudan bu qadağanı qoyurlar”.
C.Həsənli hesab edir ki, baş verənlər ölkədə qurulan totalitar idarəçilik və avtoritar düşüncə ilə əlaqədərdir.
Cəmil Həsənli qarşılaşdığı olayla bağlı məhkəməyə müraciət etməyəcək:
"Çünki bu, məhkəmədən çox mənəvi təqibdir. İkinci, bu hadisə ilə başqa kitab dükanlarında qarşılaşmamışam. Başqa kitab dükanlarında maneçilik yoxdur".
Professor Cəmil Həsənli Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər), 1920-30-cu illər, İkinci Dünya Müharibəsinin başa çatması, Yaxın Şərqdə dövlətlərarası mübarizənin kəskinləşməsi, əsasən Türkiyə və İranda, “soyuq müharibə”nin başlanması və s. dövrlərin tarixini əks etdirən çoxsaylı elmi əsərlərin müəllifidir.
Cəmil Həsənli: Kitablarıma qadağa qoyulub

Oxşar xəbərlər