Bu il ərzində Bakı metrosunda istismar müddətini başa vurmuş 7 ventilyator yenisi ilə əvəz ediləcək.
FaktXəbər bildirir ki, ventilyatorlardan 4-ü “VOM 24R”, 3-ü isə “VOM 20” tiplidir. Onların gücü müvafiq olaraq 75 və 55 kVt, məhsuldarlığı, texniki göstəriciləri Bakı metropoliteninin istismar şəraitinə uyğundur.
Cari ilin may ayına qədər Bakıya gətirilməli olan 7 ventilyatordan ikisinin artıq quraşdırılması üzrə işlər başlayıb. Yeni ventilyatorlar tunellərdə süni havalandırmanın keyfiyyətini bir neçə dəfə artıracaq. Əvvəlki ventilyatorlar 20-30 m3/saniyə məhsuldarlıqla işləyirdisə, yeni nümunələrin havalandırma imkanı 60-70 m3/saniyədir.
Bundan başqa, il ərzində tunel və stansiyaların təbii havalandırılması istiqamətində də mühüm işlərə başlanılacaq.
Bakı metrosunda ventilyator yenilənəcək

Oxşar xəbərlər