Nigeriyada daha 5 terrorçu zərərsizləşdirilib

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Nigeriyanın cənubunda yerləşən Anambra əyalətində Biafra Yerli Xalqları (IPOB) terror təşkilatının üzvləri ilə əsgərlər arasında qarşıdurma baş verib.

Məlumata əsasən, Anambra əyalətinin polis idarəsinin  sözçüsü Toçukvu İkenqa  hadisə ilə bağl  məlumat yayıb. O qeyd edib ki, Anambra əyalətinin İzuofiya bölgəsindəki hərbi nəzarət məntəqəsinə hücum təşkil edən terror təşkilatı IPOB üzvləri ilə  silahlı qüvvələr arasında baş verən qarşıdurma nəticəsində 5 terrorçu öldürülüb.