Netanyahuya qarşı etiraz dalğası böyüyür

Qərbi Qüdsdə Paris meydanına toplaşan onlarla israilli baş nazir Netanyahunun rəhbərlik etdiyi hökumətin istefasını tələb edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Netanyahu və onun döyüş kabinetinə etiraz edən kütlə Qəzza zolağındakı əsirlərin geri qaytarılması, Netanyahunun istefası və növbədənkənar seçkilərin keçirilməsi üçün məhbus mübadiləsi sazişinin imzalanmasına çağırıb.

Etirazçılar Netanyahunu Qəzzada israilli məhbuslara məhəl qoymamaqda ittiham edən şüarlar səsləndiriblər.

Sionist Rejim Müharibə Nazirlər Kabinetinin üzvü Qantz axşam saatlarında qatil İsrailin Qəzza zolağına qarşı apardığı soyqırım müharibəsinin 8-ci ayında baş nazir Netanyahunun rəhbərlik etdiyi fövqəladə vəziyyət hökumətindən istefa verdiyini açıqlayıb.

Qantzdan qısa müddət sonra sionist İsrailin Müharibə kabinetinin üzvü və keçmiş Baş Qərargah rəisi Qadi Eisenkotun baş nazir Netanyahunun rəhbərlik etdiyi fövqəladə hökumətdən istefa verdiyi bildirilib.