Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Murad Ədilov saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsindən ailə üzvlərilə telefonla danışaraq aclığa başladığını deyib. Bu barədə "Azadlıq" radiosuna onun qardaşı Natiq Ədilov bildirib.
N.Ədilovun sözlərinə görə, qardaşı haqqında çıxarılmış hökm və qərarlara görə bu etiraz formasını seçib: "Murad artıq beşinci ildir ki, heç bir günahı olmadan həbsdə saxlanılır. Bu müddətdə səhhətində, özəlliklə səsb sistemində çox ciddi problemlər yaranıb. Son məhkəmə qərarı səbr kasasını daşıran damla oldu".
Sentyabrın 5-də 10 saylı cəzaçəkmə müəssisəsində Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov M.Ədilovun vaxtından əvvəl azadlığa buraxılması barədə ərizəsinə baxıb. M.Ədilov cəzasının üçdə ikisini çəkməsinə baxmayaraq, onun ərizəsi təmin olunmayıb. Əsas kimi isə cəzaçəkmə müəssisəsinin rəhbərliyinin ona töhmət verməsi göstərilib. Töhmət isə siqaret çəkilməsi üçün nəzərdə tutulmuş yerdən kənarda çəkilməsinə görə verilib.
N.Ədilov deyir ki, özü də, qardaşı da beynəlxalq təşkilatların, diplomatik korpusun münasibətindən narazıdır: "Aclığın məqsədlərindən biri də beynəlxalq ictimaiyyətin diqqətini cəlb eləməkdir. "Amnesty İnternational" Muradı "vicdan məhbusu" kimi tanıyıb, amma bundan irəli getmirlər. Əgər beynəlxalq aləmdən ciddi təpki yoxdursa, özü də əyilmirsə, mən də mövqeyimdən geri çəkilmirəmsə, bu hakimiyyət Muradı niyə buraxsın ki?"
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Murad Ədilovun aclıq aksiyasına başlaması barədə məlumatın daxil olmadığını bildirib. M.Ədilov 2014-cü il avqust ayının 11-də yaşadığı Sabirabad rayonunun Xəlfəli kəndində həbs edilib. O, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
O, ittihamları qəbul etmir, həbsini əsasən qardaşının fəaliyyəti ilə bağlayır.
Qardaşı N.Ədilov "Azadlıq" qəzetinin və "Azərbaycan saatı" televiziya proqramının əməkdaşı olub, hazırda mühacirətdədir.
"Amnesty İnternational" beynəlxalq insan haqları təşkilatı M.Ədilovu "vicdan məhbusu" elan edib.
Murad Ədilov aclıq aksiyasına başladığını bildirir

Oxşar xəbərlər