Mayın 16-da Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə AXCP üzvü Orxan Baxışlının barəsində seçilmiş 4 ay həbsqətimkan tədbirinin seçilməsi ilə bağlı Yasamal rayon Məhkəməsinin 9 may 2018-ci il tarixli qərarından verilən apellyasiya şikayətinə baxılıb. Proses qapalı keçirilib. Məhkəmədə Orxan Baxışlının özü və vəkili Elçin Sadıqov iştirak ediblər.
Məhkəmə apellyasiya şikayətinin təmin olunmadığını və Yasamal rayon Məhkəməsinin çıxardığı qərarın qüvvədə saxlanıldığını elan edib. Vəkil Elçin Sadıqov qeyd edib ki, müdafiə tərəfi olaraq, yaxın günlərdə Orxan Baxışlının həbsqətimkan tədbirinin ev dustaqlığı və ya girovla əvəz olunmasına dair vəsatətlə Yasamal rayon Məhkəməsinə müraciət olunacaq.
Qeyd edək ki, AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı mayın 7-də axşam saatlarında Bakıda Elmlər Akademiyasının qarşısındakı bağda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. Mayın 9-da Yasamal rayon Məhkəməsi fəalın barəsində dörd aylıq həbsqətimkan tədbiri seçib. Orxan Baxışlı Milli Şuranın 31 martda keçirdiyi mitinqdən öncə də saxlanılmışdı. Ona polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs verilmişdi.
"Mən siqaret belə çəkmirəm, narkotik vasitəni cibimə polislər yerləşdirib" - Video
Oxşar xəbərlər