Məkkədə bomba həyəcanı yaşanıb

Səudiyyə Ərəbistanının Məkkə şəhərində, Kəbənin yerləşdiyi Məscidül-Həramda bomba həyəcanı yaşanıb.

Sosial mediada paylaşılan görüntülərdə şəxsin intihar etməyə cəhd etdiyi və sonra polis tərəfindən tutulduğu görünür.

Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri Məkkədə asayişi pozan, qorxu və panika yaradan bir şəxsin saxlanıldığını bildirib. Məlumata görə, şəxsə qarşı lazımi hüquqi prosedurlar başlanılıb və şübhəli prokurorluğa göndərilib.