Ölkədəki ciddi valyuta qıtlığı səbəbindən çətin anlar yaşayan Misir prezidenti Əbdülfəttah əs-Sisinin turizm şəhərciyini satması müxalifət tərəfindən sərt şəkildə tənqid edilir.
Misir Birləşmiş Ərəb Əmirlikləri ilə Aralıq dənizi sahilində, paytaxt Qahirənin təxminən 350 kilometr şimal-qərbində yerləşən Ras Əl-Həkmə bölgəsinə təxminən 22 milyard dollar sərmayə yatırmaq barədə razılığa gəldiyi barədə mediada yayılan xəbərləri rəsmi olaraq təsdiqləyib.
Misir Azad Zonalar Administrasiyasının baş direktoru Hussam Heiba "CNBC Arabia" kanalına bildirib ki, Ras əl-Hikmənin inkişafı layihəsinin 22 milyard dollara başa gələcəyi təxmin edilir.
Ras Əl-Həkmə bölgəsinin inkişafı üçün yerli tərəfdaşlarla işləmək üçün BƏƏ-dən konsorsium seçildiyini qeyd edən Misir rəsmisi layihə üçün ilkin investisiyaların 22 milyard dolları keçə biləcəyini bildirib.
BƏƏ konsorsiumunun layihənin maliyyələşdirilməsi, inkişafı və idarə olunmasına cavabdeh olacağını bildirən Misir rəsmisi, “Layihənin həyata keçirilməsində yerli və xarici şirkətlər iştirak edəcək. Biz danışıqları başa çatdırdıq və indi müqaviləni imzalamağa hazırlaşırıq.”
Bloomberg əvvəlcə Əbu-Dabinin Misirin şimal sahillərində torpaqların alınması və inkişafı üçün danışıqlar apardığını gündəmə gətirib.
Bu arada, "Middle East Eye" onlayn xəbər saytının məlumatına görə, şəhərin inkişafı üçün planlaşdırılan layihə Misirin Yenidənqurma Nazirliyi ilə BƏƏ Maliyyə Nazirliyi arasında həyata keçiriləcək.
Müxalifət Misirin valyuta qıtlığını aradan qaldırmaq üçün ən gözəl sahil bölgələrindən biri olan Ras əl-Hikmadan imtina etmək qərarına reaksiya verib.
Misirin milli valyutası son bir ildə ölkənin yaşadığı iqtisadi tənəzzül səbəbiylə qara bazarda ABŞ dolları qarşısında dəyərini yüzdə 50 itirib. BVF heyəti 10 milyard dollarlıq yeni kredit açmaq üçün ölkəyə iki həftəlik səfərini fevralın 8-də tamamlayıb.
109 milyon əhalisi olan Misirdə avqust məlumatlarına görə inflyasiya illik 40 faizdən çoxdur.
Misirdə əhalinin yarıdan çoxu aclıq həddinin altında gəlirlə yaşayır. Sisinin son 10 illik hakimiyyəti dövründə Misirin xarici borcu 164 milyard dollara yüksəlib. Mərkəzi Bankda 34 milyard dollar valyuta ehtiyatı olan Misirin bu il 40 milyard dollar borcunu ödəməsi lazımdır.
Misir valyuta böhranından çıxmaq üçün sahil şəhərini BƏƏ-yə 22 milyard dollara satır