Misir Rəfah sərhəd qapılarını açır

 İsrail rejim ilə Fələstin müqavimət qüvvələri arasında toqquşmaların 10-cu gününə daxil olduğu bir vaxtda Misirin iki təhlükəsizlik mənbəsi bildiriblər ki, Misir, sionist rejim və ABŞ Rəfah sərhədinin yenidən açılması ilə eyni vaxtda Qəzzanın cənubunda bir neçə saatlıq da olsa atəşkəsə başlamağa razılaşıblar.

Bununla yanaşı sionist rejim ordusunun gecə boyu Qəzza zolağının müxtəlif bölgələrini hava hücumları ilə bombalamağa davam etdiyi bildirilib. Fələstin Səhiyyə Nazirliyi sionist rejimin hücumları nəticəsində Qəzzada 2670 nəfərin şəhid olduğunu, 9600 nəfərin isə yaralandığını açıqlayıb.