Məhkəmə Qubad İbadoğlunu həbsdə saxladı

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun girov müqabilində həbsdən buraxılması ilə bağlı vəsatətə baxılıb.
Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Zibeydə Sadıqova vəsatətini əsaslandırıb.
Vəkil deyib ki, müvəkkili səhhəti ilə bağlı narahatlıq keçirir. Onun həbsdə qalması daha yaxşı müalicəsi üçün əngəl yaradır. Məhkəmə vəsatəti əsassız hesab edib, Q.İbadoğlunun həbsinin davamına qərar verilib.
 
Azadlıq