Məcburi köçkünlərin məktəbində yanğın olub

Mayın 29-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məktəbdə yanğın olub.
 
"Report”un xəbərinə görə, məktəbin 150 kvadratmetr hissəsi yanıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Yanğın baş verən İmanlar kənd orta məktəbi Laçın rayonundan olan məcburi köçkünlər üçün nəzərdə tutulub.