Qurban bayramının ilk günü səhər saatlarından etibarən Hacc ziyarətçiləri Minada yerləşən cəmrələr sahəsinə toplaşaraq “Böyük Cəmrə”nin daşlanması mərasiminə başlayıblar.
İbadət qaydasına uyğun olaraq zəvvarlar Böyük Cəmrəyə yeddi daş ataraq mərasimi icra edirlər.
Bu mərhələ hacc ibadətinin əsas rituallarından biri hesab olunur.
Səudiyyə Ərəbistanının rəsmi məlumatına görə, cəmrələr kompleksində zəvvarların hərəkəti xüsusi təşkil edilmiş marşrutlar üzrə həyata keçirilib.
Məlumatlarda mərasim zamanı ciddi sıxlıq və ya təhlükəsizlik problemi qeydə alınmadığı bildirilib.
Aidiyyəti qurumlar tərəfindən hacc mövsümü üçün geniş təhlükəsizlik, təcili tibbi yardım və sanitariya tədbirləri həyata keçirilib.
Polis əməkdaşları və xidmət qrupları cəmrələr körpüsünün giriş-çıxış nöqtələrində yerləşdirilərək zəvvarların təhlükəsiz hərəkətini təmin edib.
Böyük Cəmrənin daşlanmasından sonra zəvvarlar haccın digər mərhələlərinə keçirlər.
Bu mərhələlərə: qurban ibadəti, saçın qırxılması və ya qısaldılması, Məkkədə ifadə təvafının yerinə yetirilməsi daxildir.
Daha sonra zəvvarlar yenidən Minaya qayıdaraq təşriq günlərində üç cəmrənin daşlanmasını davam etdirirlər.
Hacc ibadətinin sonunda zəvvarlar Kəbə ətrafında vida təvafı yerinə yetirərək mərasimləri tamamlayırlar.
Rəsmi statistikaya əsasən, builki hacc mövsümündə ümumilikdə 1 milyon 707 min 201 zəvvar iştirak edib.
Onlardan 1 milyon 546 min 655 nəfəri xarici ölkələrdən gəlib, 160 min 646 nəfəri isə Səudiyyə Ərəbistanı daxilindən həcc ibadətini yerinə yetirib.
Haccın ən simvolik anı başladı