ABŞ prezidenti Donald Tramp Ermənistanda baş tutacaq parlament seçkilərində baş nazir Nikol Paşinyana dəstəyini ifadə edib.
O, mayın 28-də "Truth Social" platformasında Paşinyanı "böyük dost və lider" adlandırıb, onun öz ölkəsini "güclü, zəngin və daha təhlükəsiz" etdiyini yazıb.
"Nikol Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün mənim sülh və rifah vizyonumu tam şəkildə bölüşür. Bizim dövlət katibimiz Marko Rubio indicə Ermənistana səfər etdi və burada hər iki ölkə üçün bir neçə mühüm razılaşma ilə bağlı irəliləyiş əldə etdi. Tezliklə ABŞ və Ermənistan birlikdə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu"nun təməlini qoyacaq. Bu layihə Cənubi Qafqazı dəyişdirəcək və möhtəşəm enerji şirkətlərimizin Mərkəzi Asiyadan birbaşa ABŞ-yə qədər çıxış əldə etməsinə kömək edəcək. Bu səbəblərə görə Nikolun 7 iyun 2026-cı ildə keçiriləcək seçkilərdə namizədliyini tam və qəti şəkildə dəstəkləyirəm. Nikolun köməyi ilə biz ABŞ, Ermənistan, Cənubi Qafqaz və Mərkəzi Asiyanı tarixdə görünməmiş zirvələrə çatdıracağıq", - o qeyd edib.
Tramp paylaşımını "Ermənistanı yenidən möhtəşəm edək!” sözləri ilə bitirərək öz seçki sloqanına (MAGA - "Amerikanı yenidən möhtəşəm edək!") istinad edib.
Mayın 26-da Ermənistanda rəsmi səfərdə olan ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanı Naxçıvanla birləşdirəcək "Tramp marşrutu" (TRIPP) üzrə strateji əməkdaşlıq haqqında çərçivə sənədini paraflayıb.
Onlar, həmçinin, ölkələr arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası, eləcə də əsas mineralların və nadir torpaq elementlərinin çıxarılması və emalı sahəsində təchizatın təmin olunmasına dair çərçivə memorandumu da imzalayıb.
Ötən il avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin verdiyi birgə bəyannamədə qeyd olunan məsələlərdən biri də Azərbaycanı Naxçıvanla birləşdirəcək, “Tramp marşrutu” adlanan yoldur.
Bəyannamənin 4-cü maddəsində deyilir ki, Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək.
Tramp: "Ermənistandakı seçkidə Paşinyanı tam və qəti şəkildə dəstəkləyirəm"