Liviyanın ən güclü neft yataqları işini bərpa edib

Liviyanın ən güclü neft yataqları Əş-Şərəra və El-Fil xammal istehsalını bərpa edib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə Əş-Şərəra administrasiyasının nümayəndəsi məlumat verib.

Liviyanın keçmiş maliyyə naziri Fərəc Bumatari azad edildikdən sonra ölkənin iki ən böyük yatağında neft hasilatı bərpa edilib.

Nümayəndənin sözlərinə görə, hasilat tədricən bərpa olunur. O əlavə edib ki, Əş-Şarara yatağında adi hasilat gücü bazar günü əldə ediləcək.