Ermənistanın eks-prezidenti Robert Koçaryan Apellyasiya məhkəməsində onun barəsində çıxarılmış həbs qətimkan tədbirindən verilmiş şikayətə baxılması zamanı 1993-cü ildə Azərbaycanda Surət Hüseynovun qaldırdığı hərbi qiyamdan danışıb.
Virtualaz.org-a istinadən xəbər verilir ki, bu barədə Robert Koçaryanın vəkili Ayk Alumyan erməni KİV-lərinə bildirib.
Vəkilin dediyinə görə Robert Koçaryan 2008-ci il martın 1-də silahlı qüvvələrə verdiyi məxfi əmrin ordunun siyasətə müdaxiləsi üçün nəzərdə tutulmadığını deyib. Çünki həmin məxfi əmrdə ordunun nümayişçilərə qarşı tətbiq edilməsi barədə heç nə deyilmirdi.
“Robert Koçaryan əmri sadəcə ona görə verib ki, Silahlı qüvvələrin siyasətə müdaxiləsi ehtimalını aradan qaldırsın”-Alumyan bildirib.
Vəkil habelə Robert Koçaryanın Apellyasiya məhkəməsində çıxışından bir hissəni də jurnalistlərə çatdırıb.
“Robert Koçaryan məhkəmədə bildirdi ki, bizim əlimizdə təcrübə var, bizim təcrübə yox, düşmənimizin təcrübəsi. Bu hansı təcrübədir? Azərbaycanda 90-cı illərin əvvəllərində qiyam qaldırmış hansısa hərbi xadim-Surət Hüseynov var idi, hansı ki silahlı qüvvələrdə müəyyən avtoritetə malik idi və bundan istifadə edərək yerli qiyamçılara qoşuldu, ordunu hakim rejimə qarşı çevirdi. Qoşun Gəncədən Bakıya yollandı. Koçaryan dedi ki, biz bunun necə baş verdiyini görmüşük.
Nəticədə Azərbaycan bir qiyamçı hərbçinin hərəkətləri üzündən yüzlərlə itki verdi. Hakimiyyət hərbi qiyamı yatıra bildi, amma bu vaxt ərzində Azərbaycan üç rayon itirdi. İndi Robert Koçaryan dedi ki, belə vəziyyəti 2008-ci ildə özünə rəva görə bilməzdi. Çıxışın bu hissəsi 1 mart hadisələrinə aid deyildi, fevralın 23-nə və 0038 saylı məxfi əmrə adi idi”-vəkil bildirib.
Xəbər verildiyi kimi Robert Koçaryan ötən həftə Apellyasiya məhkəməsinin qərarı ilə sərbəst buraxılıb, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib. Onun həbsdən burxılması etirazlar doğurub.
Koçaryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

Oxşar xəbərlər