KİV: İsrail Hələbin ətrafına raket zərbələri endirib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın Hələb yaxınlığındakı hərbi mövqelərə hücum edib.

APA xəbər verir ki, bu barədə “Sham FM” radiostansiyası məlumat yayıb.

Məlumata görə, raket zərbələrindən sonra güclü partlayış səsləri eşidilib.

Suriyanın hava hücumundan müdafiə sistemləri müdafiə atəşi açıb və bir neçə İsrail raketini vurub.