Əfqanıstanın paytaxtı Kabildə növbəti terror aktı törədilib.
Euronews-a istinadən xəbər verilir ki, paytaxtdakı 2 partlayış Milli Təhlükəsizlik Müdirliyi və Şəhərsalma və Mənzil qurumunun binaları qarşısında baş verib. Terrorun canlı bomba tərəfindən törədildiyi təxmin edilir, lakin məlumat öz təsdiqini tapmayıb.
Hadisə nəticəsində 21 nəfər ölüb, 27 nəfər yaralanıb. Partlayışda Fransanın "France-Presse" Agentliyinin (AFP) fotoqrafı Şah Maray da dünyasını dəyişib.
Hansısa terror təşkilatı hələlik teraktı öz üzərinə götürməyib.
Kabildə 2 partlayış: jurnalistin də daxil olduğu 21 nəfər öldü
Oxşar xəbərlər