Bakıda güclü partlayış: ölən var

Bu gün Bakı şəhərinin Binəqədi rayonunda partlayış hadisəsi baş verib.

Lent.az xəbər verir ki, "Elite" ticarət mərkəzinin yaxınlığında qaz sızmasından partlayış olub. İlkin məlumata görə, 1 nəfər hadisə yerində vəfat edib.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər göndərilib.

Əlavə məlumat veriləcək.