İstanbulda D-8 qrupunun fövqəladə zirvə toplantısı başlayıb

D-8 kimi tanınan səkkiz inkişaf etməkdə olan İslam Ölkələri Qrupunun fövqəladə iclası Türkiyənin İstanbul şəhərində İranın Xarici İşlər naziri vəzifəsinin icraçısının iştirakı ilə başlayıb.

D-8 kimi tanınan səkkiz inkişaf etməkdə olan İslam Ölkələri Qrupunun fövqəladə iclası İstanbulda tarixi Dolma Bağça sarayında İran İslam Respublikasının Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəninin iştirakı ilə başlayıb. 

Bu görüşdə ölkəmizin Xarici İşlər naziri vəzifəsini icra edənlə yanaşı, Pakistanın Xarici İşlər naziri Məhəmməd İshaq Dar, İndoneziyanın Xarici İşlər naziri Retno Marsudi, Malayziyanın Xarici İşlər naziri Məhəmməd Həsən, Banqladeşin Rifah naziri Dipo Muni, Misir və Nigeriyadan yüksək səviyyəli rəsmilər iştirak edirlər. 

Daha əvvəl bu qrupun rəsmi bəyanatında bu növbədənkənar iclasla bağlı bildirilib: “Bu görüş Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın dəvəti ilə təşkil olunub və D-8 qrupunda Fələstin xalqına, xüsusən də Qəzzə zolağının mühasirədə olan sakinlərinə daha çox dəstək və həmrəylik olacağı gözlənilir.” 

Həmçinin, D-8 üzvü olan ölkələrin nazirləri və yüksək səviyyəli nümayəndə heyətlərinin iştirak edəcəyi bu fövqəladə iclasda Fələstin xalqının hazırkı çətinliklərini və əzablarını azaltmaq üçün humanitar yardım və digər ehtiyaclar barədə müzakirələr aparılacaq.