İsraillilər ifrat sağçıların gücləndiyi bir vaxtda Almaniya vətəndaşlığını almaq istəyirlər

Statistikaya görə, ötən il 3700 israilli Almaniya vətəndaşlığı alıb. Almaniyada yaşayan İsrail vətəndaşlarının sayı 14 mindən çoxdur.

Baş nazir Benyamin Netanyahunun yenidən seçilməsindən sonra Almaniya vətəndaşlığını almaq istəyən israillilərin sayı artır. Digər tərəfdən Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası anketlərdə rekord göstəricilərə çatıb.

İsraildəki şirkətlər son vaxtlar Almaniya vətəndaşlığını almaq istəyənlərin sayının çox artdığını açıqlayıb. Statistikaya görə, ötən il 3700 israilli Almaniya vətəndaşlığını alıb. Almaniyada yaşayan İsrail vətəndaşlarının sayı 14 mindən çoxdur. Lakin israillilər üçün Almaniyada həyat da müəyyən çətinliklər gətirir.

Alman polisi bildirib ki, bu yaxınlarda telefonda ibranicə danışan şəxs hücuma məruz qalıb. Hücumun antisemit motivli olub-olmadığı araşdırılır. Bu hücum AfD-nin seçkilərdə yüksəldiyi bir vaxta təsadüf edib. Sorğulara görə, AfD hazırda Almaniyada ikinci ən populyar partiyadır. Partiya ilk dəfə iyun ayında keçirilən regional seçkilərdə qalib gəlib.

Keçmişdə AfD siyasətçisi Berlindəki Holokost memorialını “rüsvayçılıq abidəsi” adlandırmışdı. Müəllif Tomer Dotan-Dreyfus ölkəsindən Almaniyaya mühacirət edən israillilərdən biridir. O, 2011-ci ildə baş nazir Benyamin Netanyahunun siyasətinə qarşı olduğu üçün İsraili tərk edib.

Tomarın sözlərinə görə, Netanyahunun yenidən seçilməsi və kütləvi etirazlara səbəb olan məhkəmə islahatları israilliləri Netanyahunun izi ilə getməyi düşünməyə sövq edir.