ABŞ Yaxın Şərqdəki bazalarını Afrikaya köçürməyi planlaşdırır -İddia

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iddia edib ki, ABŞ Yaxın Şərqdəki hərbi obyektlərinin İran qüvvələri qarşısında həssaslığı səbəbindən hərbi infrastrukturunu daha uzaq bölgələrə, xüsusilə Afrikaya köçürməyə çalışır.

Bu barədə korpusun rəsmisi açıqlama verib.

SEPAH-ın sözçüsü Hüseyn Mohebbi bildirib ki, ABŞ-nin bölgədəki mövcud bazaları İran qüvvələrinin atəş əhatə dairəsinə düşdüyü üçün onlardan səmərəli istifadə etmək mümkün deyil.

Mohebbinin iddiasına görə, Vaşinqton Yaxın Şərqdəki bazalarının fəaliyyətini davam etdirmək üçün artıq yararlı olmadığını anlayaraq, hazırda Keniyada yeni hərbi obyekt inşa edir.

Habelə, o vurğulayıb ki, ölkənin çəkindirmə potensialı elə səviyyəyə çatmalıdır ki, “düşmən İrana qarşı hər hansı addım atmaq ümidini tamamilə itirsin”.