Litvada Fələstin tərəfdarları mitinq keçirib; Sionist rejimlə akademik əməkdaşlığı kəsin

Litva paytaxtında onlarla Fələstin tərəfdarı Vilnüs Universitetinin qarşısında mitinq keçirərək universitetin sionist qurumlarla akademik və iqtisadi əlaqələrini kəsməsini və onlarla akademik əməkdaşlığını dayandırmasını tələb ediblər.

Onlarla Fələstin tərəfdarı Litva paytaxtında toplaşaraq Vilnüs Universitetini sionist qurumlarla akademik və iqtisadi əlaqələrini kəsməyə çağırıblar.

Litva İctimai Radio və Televiziyasının məlumatına görə, etirazçılar cümə günü, 26 dekabrda Daukanto Meydanında Fələstini dəstəkləyən şüarlar səsləndiriblər və sionist rejiminə qarşı sanksiyalar tələb edən plakatlar tutublar.

Mitinqin bəzi iştirakçıları Vilnüs Universitetinin işğal olunmuş ərazilərdəki akademik tərəfdaşlarını sionist rejimin hərbi əməliyyatlarında iştirak etməkdə günahlandırıblar.