Hörmüzdə tanker minaya düşdü, ABŞ PUA-sı da məhv edildi

“Tasnim” xəbər verir ki, İran Silahlı Qüvvələri Hörmüz boğazı ətrafında ABŞ-a aid daha bir kəşfiyyat məqsədli pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirib.

ABŞ-yə məxsus PUA Fars körfəzi üzərində uçarkən müəyyən edilib. Pilotsuz uçuş aparatı Hörmüz boğazına yaxınlaşarkən İranın hava hücumundan müdafiə vasitələri ilə vurulub.

Bundan başqa, Hörmüz boğazından Tehrandan icazə almadan və qadağan edilmiş marşrutla keçən daha bir tanker də minaya düşərək partlayıb. İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) məlumatına görə, gəmidə yanğın başlayıb. Partlayışdan sonra həmin gəminin ardınca üzən digər iki gəmi isə istiqamətlərini dəyişərək geri qayıdıb.